Azərbaycana daha 5 milyon doza vaksin gətiriləcək

  • 16:45 - 27 Aprel

"Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur".

Avropa.info "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu gün ölkədə vaksin çatışmazlığı yoxdur: “Sadəcə olaraq vaksin olunmaq istəyən vətəndaşların sayı azdır. Biz hər birimiz inanların vaksinasiyaya cəlb olunması istiqamətində maarifləndirmə işində fəal iştirak etməliyik. Hazırda Azərbaycanda 40 yaşdan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Güman edirik ki, yaxın vaxtlarda 40 yaşından aşağı vətəndaşların da vaksinasiyasına başlanılacaq”.


Oxunma sayı: 3697

Oxşar yazılar