Türkiyədə 2 milyard dollarlıq kriptovalyuta dələduzluğunun üstü açılıb

  • 19:57 - 22 Aprel

“Thodex” valyuta birjasının qurucusu Faruk Fatih Özer təxminən 2 milyard ABŞ dolları məbləğində dələduzluq edərək Tailanda qaçıb.

Bu barədə məlumatı “Haberturk” yayıb.

Birjanın bağlanması nəticəsində zərərçəkən 391 min sərmayəçinin vəkili Oğuz Evren Kılıc Özerin Tailanda gedəcəyini ehtimal edib.

Onun sözlərinə görə, son bir neçə gündə pul köçürməsində qıtlıq yaranıbmış. Bu vəziyyət də sərmayəçilərin narahatlığına səbəb olub. Bu hadisə “Çiftlikbank” adı altında fırıldaq gələn və Uruqvaya qaçan “Tosuncuk” ləqəbli Mehmet Aydının əməllərini xatırladıb. Özerin həmçinin Albaniyanın paytaxt Tiranaya qaçdığı da deyilir.

“Thodex”in qurucusu tvitter və instaqram hesablarını da bağlayıb. Məlumata görə, o, son iki ildə kriptovalyutaya marağın artmasından istifadə edib. Bura böyük oyunçuları cəlb edib. Reklam roliklərinə tanınmış mankenləri çəkdirib. Bu isə onun birjasının böyüməsinə səbəb olub. Nəticə etibarilə yeni addımların atılmasını qaçılmaz edib. Ona görə də daha yaxşı xidmət üçün ortaqlıq təkliflərini belə adamlar müsbət qarşılayıb. Bu proses 4-5 gün sürüb. “Thodex” sərmayədarlara 2 milyon Dogecon paylayacağını bildirib. Sərmayədarlar yatırımlarını başqa birjalardan çıxarıb bu platformaya qoyublar.


Oxunma sayı: 4896

Oxşar yazılar