Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

  • 18:32 - 22 Aprel

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 077 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 205, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 872 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 381 967, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 917 877, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 464 090 təşkil edir.


Oxunma sayı: 2465

Oxşar yazılar