Azərbaycanda son sutkada COVID19-a yoluxanların sayı açıqlandı – 39 nəfər vəfat edib

  • 17:57 - 22 Aprel

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 047 yeni yoluxma faktı qeydə alınıb, 2 610 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 307 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 272 575 nəfər müalicə olunaraq sağalıb, 4 274 nəfər vəfat edib, aktiv xəstə sayı 31 131 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 542, ötən müddət ərzində isə ümumilikdə 3 153 877 test aparılıb.

Azərbaycanda daha 2610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib

Oxunma sayı: 2663

Oxşar yazılar