YAP Hüseynbala Mirələmovun məsələsinə baxacaq

  • 17:16 - 22 Aprel

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin sabah keçiriləcək iclasında YAP-ın Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun məsələsinə baxılacaq.

Bu barədə Avropa.info-ya partiyadan məlumat verilib.

Bildirilib ki, bununla bağlı məsələ İdarə Heyətinin gündəliyinə daxil edilib.

Qeyd edək ki, Hüseynbala Mirələmovun ötən gün sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkət cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.


Oxunma sayı: 4104

Oxşar yazılar