Səhiyyədə SKANDAL HƏBSLƏR: "Belə məmurlar görülən işlərə kölgə salır" - Tanınmış həkim

  • 15:10 - 22 Aprel

Xəbər verildiyi kimi Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi baş həkimi Ağayev İmran Əli Ağa oğlu həbs edilib. "Yeni klinika" tibb müəssisənin direktorunun da qanunsuz əməlləri ifşa edilib. Tibb müəsəsisinin direktoru Abbasov Pərviz Akif oğlu saxlanılıb. 

Avropa.info-ya açıqlamasında Azərbaycan Həkimlər Birliyi sədrinin müavini, tanınmış həkim-radioloq Aydın Əliyev səhiyyə sistemində skandal həbslərə münasibət bildirib.

"Ölkəmizdə ümumbəşəri problem hesab edilən koronavirus pandemiyası başlayanda Prezident dərhal çevik reaksiya verərək pandemiya ilə mübarizə aparan tibb işçilərinə maddi-mənəvi dəstək üçün dövlət büdcəsindən yetəri qədər vəsait ayrılması barədə sərəncam verdi. 

Lakin təəssüflər olsun ki, bəzi tibb məmurları bu vəsaitlərin tibb işçilərinə vaxtında və lazımi qaydada çatdırılmasına, eləcə də xəstələrin daha keyfiyyətli müalicə alması üçün sərf edilməsinə əngəllər törətdilər və bu əməllərini hələ də davam edirlər. Təəssüflər olsun ki, belə məmurlar Cənab Prezidentin xalq üçün gördüyü işlərə kölgə salırlar", deyə Aydın Əliyev qeyd edib. 

Avropa.info


Oxunma sayı: 7074

Oxşar yazılar