Deputat: “Məhdudiyyətlərin tətbiqi üçün səbəb yoxdur” - VİDEO

  • 15:55 - 22 Aprel

“Bu gün koronavirusla bağlı məhdudlaşdırılmanın tətbiq edilməsi üçün hər hansı səbəb yoxdur”.

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında deputat İlham Məmmədov deyib. O bildirib ki, gündəlik yoluxma sayının 2 000 civarında olması epidemioloji vəziyyətin nəzarət altında olmasının göstəricisidir:

“Vaksinasiyanın sürətləndirilməsi və yayadək əhalinin 50-60 faizinin peyvəndlənməsi virusla mübarizəmizin əsas mərhələsini keçməyimizi şərtləndirən vacib məqamlardan biridir. Bundan sonra sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq məhdudiyyətlərin ləğv edilməsi istiqamətində müəyyən addımlar atıla bilər”.

Millət vəkili onu da qeyd edib ki, həftəsonları avtobuslarla bağlı tətbiq edilən məhdudiyyətlər yoluxmanın azalmasına xidmət edir.


Oxunma sayı: 3037

Oxşar yazılar