ABŞ səfiri Rusiyanı tərk etməyə məcbur edildi

  • 15:19 - 22 Aprel

ABŞ səfiri Con Sallivanın olduğu təyyarə Şeremetyevo aeroportundan havaya qalxıb.

Avropa.info qaynarinfo-ya istinadən xəbər verir ki, bundan əvvəl Amerika səfirliyinin nömrələri olan iki "Cip”in artıq Moskva hava limanına gəldiyi bildirilirdi. 

Sallivan avtomobillərdən birindən düşüb. O, mətbuata açıqlama vermədən diplomatik heyət salonuna daxil olub.

Bundan bir qədər əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Sallivanla görüşü zamanı ona məsləhətləşmələr üçün Vaşinqtona getməsini tövsiyə etdiyini bildirib.

Xatırladaq ki, Rusiya DİN-in "tövsiyə etməsinə” baxmayaraq, Amerika diplomatik nümayəndəliyinin rəhbəri Rusiyanı tərk etməkdən imtina etmişdi. 

Yaddaş: ABŞ-ın 15 aprel tarixində kiber hücumlar və seçkilərə müdaxilə ilə əlaqədar Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalar ölkənin suveren borcunun məhdudlaşdırılmasını nəzərdə tutur. Amerika bundan başqa 10 rus diplomatı da ölkədən qovub. Buna cavab olaraq, Moskva səfir Sallivana məsləhətləşmələr üçün vətəninə getməsini "məsələhət görüb” və 10 amerikalı diplomatın Rusiyadan qovulduğunu elan edib.


Oxunma sayı: 4093

Oxşar yazılar