Almaniya XİN-dən Qarabağla bağlı üçtərəfli bəyanat haqda AÇIQLAMA

  • 13:56 - 22 Aprel

İkinci Qarabağ müharibəsinə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat insan haqlarının müdafiəsi istiqamətində çox vacib addımdır.

Avropa.info bildirir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə dövlət naziri Mixael Rot Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında deyib.

Qeyd edək ki, bir müddət əvvəl Almaniya kansleri Angela Merkel gələcəkdə Qarabağdakı kimi münaqişələrdən qaçmaq üçün beynəlxalq hüquq prinsiplərinə əməl etməyin vacibliyini vurğulamışdı.

O bildirmişdi ki, qaydalara əsaslanan düzən ən vacib birgəyaşayış prinsipidir.


Oxunma sayı: 5710

Oxşar yazılar