Ermənistanın Qarabağdakı müharibə cinayətlərini araşdıracaq komissiya quruldu

  • 11:16 - 22 Aprel

Ermənistanın Qarabağ müharibəsindəki müharibə cinayətlərini araşdırmaq məqsədilə Türkiyə və Azərbaycan başda olmaqla bir sıra ölkədən olan keçmiş səfir, jurnalist və QHT nümayəndələrinin iştirakı ilə "Qarabağ Müharibə Cinayətlərini Araşdırma Komissiyası" qurulub.

Avropa.info "Anadolu" agentliyinə istinadən xəbər verir ki, komissiyadan verilən açıqlamaya görə Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin tələbi ilə Dünya Türk Yazıçılar Birliyi sədri Salih Kurt ilə İslam ölkələri Akademiklər Birliyi baş direktoru və İslam ölkələri Akademiklər Vəqfi Qəyyumlar Şurasının sədri Bayram Altan birgə komisiyada fəaliyyət göstərəcək şəxsləri müəyyən edəcəklər.

Komissiyada 30 ölkədən keçmiş səfirlər, universitet rektorları, hərbçilər, tarixçilər, hüquqşünaslar, jurnalistlər, araşdırmaçılar, müharibə reportyorları, sosioloq və psixoloqlar var.

Komissiyaya Türkiyə və Azərbaycanla yanaşı ABŞ, Rusiya, Ukrayna, Almaniya, Fransa, Belçika, İngiltərə, Portuqaliya və s. ölkələrdən iştirakçılar var.


Oxunma sayı: 2982

Oxşar yazılar