Şurnuxu sakinləri Paşinyanı yumurta atəşinə tutdular – VİDEO

  • 10:56 - 22 Aprel

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurda Şurnuxu kəndinin sakinləri tərəfindən yumurta atəşinə tutulub.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, polis Paşinyanın kortejinin kənd ərazisindən maneəsiz keçməsi üçün “kardon” yaratsa da, qəzəblənmiş Şurnuxu sakinləri Paşinyanın karvanına yumurta atıblar.

Qeyd edək ki, Şurnuxu kəndi sərhədlərin dəqiqləşdirilməsindən sonra həmsərhəd kəndə çevrilib. Kənd sakinlərinin işğal dövründə mənimsədikləri torpaqlar Azərbaycana qaytarılıb.

Şurnuxuda hakimiyyətdən narazılığın səbəbi sərhədlərin bu şəkildə dəqiqləşdirilməsidir. Bu bölgədə bəzi icma başçıları baş nazirin istefasını tələb ediblər.


Oxunma sayı: 4269

Oxşar yazılar