ABŞ Lukaşenkoya qarşı sui-qəsd həyata keçiribmi ? - Ağ Ev sözçüsü AÇIQLADI

  • 02:05 - 22 Aprel

"Bu iddiaların heç bir həqiqət əsası olmadığını söyləyə bilərəm."

Avropa.info xəbər verir ki, bunu Ağ Evin sözüçüsü Jen Psaki Belarus prezidenti Lukaşenkoya qarşı sui-qəsd iddialarına cavab verərkən deyib. 

Psaki, ABŞ-ın Aleksandr Lukaşenkoya qarşı sui-qəsd planlaşdırdığı haqda iddiaların heç bir əsası olmadığını qeyd edib. 

Xatırladaq ki, Lukaşenko bir neçə gün öncə özünün və övladlarının həyatına sui-qəsd planlaşdıran bir qrupun həbs olunduğunu bəyan edib. Belarus prezidentinin sözlərinə görə, saxlanılanlar ABŞ xüsusi xidmət orqanları ilə əlaqəlidirlər. Lukaşenko jurnalistlərə bildirib ki, sui-qəsd planı böyük ehtimalla - Mərkəzi Kəşfiyyat İdarəsində hazırlanıb: "Onların Minskə gəlmək və mənim və uşaqlarımın həyatına qəsd təşkil etmək istəklərini aşkar etdik". Prezident deyib ki, saxlanılan qrup qəsdin necə planlaşdırdıqlarını açıqlayıblar. 


Oxunma sayı: 5842

Oxşar yazılar