"Kiprdə həll üçün federasiya müzakirəsi artıq vaxt itkisidir" – Ersin Tatar

  • 21:50 - 21 Aprel

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Kiprdə iki dövlətli bir həll anlayışının mənimsənilməsinin vacibliyini vurğulayıb.

Avropa.info xəbər verir ki, Ersin Tatar Vaşinqton mərkəzli Türk Miras Fondu (THO) tərəfindən təşkil edilən onlayn toplantıda 27-29 apreldə Cenevrədə keçiriləcək rəsmi olmayan danışıqları və gündəmi dəyərləndirib.

"Artıq federasiyanı müzakirə etmək sadəcə bir vaxt itkisi olduğu nəticəsinə gəldik. Masaya yeni bir konsepsiya və yeni bir hekayə gətirməliyik. Bu da meydandakı gerçəkliyə dayanmalıdır. Meydandakı gerçəklik isə iki dövlətin olmasıdır",-deyə bildirib.

Kiprin keçmişini və adanın bu günlərə gələnə qədər keçirdiyi mərhələləri anladan Ersin Tatar bunları deyib:

"Kipr kiçik bir ada ola bilər, amma Şərqi Aralıq dənizində önəmli mövqedədir. Son dönəmdəki qaz, enerji və  qazma hüquqları kontekstindəki dəyişikliklərlə daha da əhəmiyyətli hala gəldi".

Ersin Tatar 1960-cı ildə ingilislərin adanı tərk etməsindən sonra federal bir idarənin qurulduğunu xatırladıb: 

"Ancaq tarixə baxanda bu ölkəni idarə etməyin nə qədər çətin olduğunu görəcəksiniz. Çünki ada iki icma arasında bölünməmişdi. Pravoslav kilsəsi Baş yepiskopu Makarios ölkəni idarə edərkən və əsas məqsədi Kipr Cümhuriyyəti deyil, Kipri Yunanıstana qatmaq olduğunu söyləyərkən, bu ölkəni necə idarə edə bilərsiniz?"

Prezident qeyd edib ki, 1974-cü ildə Türkiyənin qanuni hüquqlarından istifadə edərək, Kiprə müdaxilə edib: 

"1974-cü ildən bəri hələ də bir həll tapmaq üçün çalışırıq. Uzun illər federal olaraq adanın hər iki xalqının ortaqlığına əsaslanan bir həlli üçün çalışdıq. Ancaq bu müddətdə heç bir həll variantı əldə edilmədi. Yunan tərəfi rəhbərliyi BMT tərəfindən tanınması səbəbiylə əldə etdikləri üstünlükləri vardı. Bu səbəbdən bir həll yolu tapmaq, qaynaqlarını və iqtidarlarını Kipr Türkləri ilə paylaşmaq istəmədilər".


Oxunma sayı: 3884

Oxşar yazılar