İcra başçısı Vətən Müharibəsi Qəhrəmanının problemlərini dinlədi – FOTO

  • 21:43 - 21 Aprel

Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Vətən müharibəs iiştirakçılarının problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq onlarla görüşür, təkliflərini dinləyir.

Avropa.info xəbər verir ki, icra başçısı növbəti qəbulunda Qubadlı rayonundan olan Vətən Müharibəsi Qəhrəmanı  Yaqubov Vüsal Elşən oğlu ilə görüşüb.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Qubadlı rayon SHXÇDX-in rəisi Nəsimi Quliyev, Qubadlı rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələrilə iş üzrə şöbəsinin müdiri Emin Əliyev iştirak edib.

Qəbulda rayon rəhbəri Vüsal Yaqubovun problemlərini dinləyib, onunla ətraflı söhbət aparıb. Vüsal Yaqubov görüş zamanı polis orqanlarında işləmək istəyini bildirib. Rayon rəhbəri bununla bağlı ona əlindən gələn köməkliyi edəcəyinə söz verib. 

Qeyd edək ki, Vüsal Yaqubov Vətən müharibəsində fəal iştirak edib, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən müharibəsi Qəhrəmanı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 


Oxunma sayı: 2784

Oxşar yazılar