"Rusiyaya qarşı provokasiya edənlər heç olmadıqları qədər peşman olacaqlar"- Putindən Qərb dövlətlərinə AÇIQ TƏHDİD

  • 19:17 - 21 Aprel

"Rusiyaya qarşı hər hansı bir təxribat xarakterli hərəkət edənlər çoxdandır heç bir şeydən peşman olmadıqları qədər peşman olacaqlar."

Avropa.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvadakı Manej sərgi salonunda çıxışı zamanı deyib. Putin ABŞ və Qərb dövlətlərinə sərt ittihamlar irəli sürüb.

"Hər hansı bir səbəb və ya səbəblər olmadan Rusiyanı günahlandırmaq bir sıra ölkələr üçün bir növ məşq halına gəldi. Rusiya hər ölkə ilə yaxşı münasibətlər qurmaq istəyir. Kifayət qədər səbrliyik, amma təxribatlara cavabımız sərt olacaq. Ümid edirəm ki, heç bir ölkə Rusiya ilə münasibətlərində qırmızı xətləri keçməz.

Ukrayna və ya Belarusda iğtişaşlar olanda, Qərb nə Ukraynanı, nə də Belarusu düşünürdü. İstədikləri şey Rusiyanı mühasirəyə almaq idi. Mülayim olmağa çalışdığımız zaman onlar özlərinin çevrələmə cəhdlərini davam etdirirlər. Rusiyaya qarşı provokasiya edəcəklər və peşman olacaqlar. Hər zamankindən daha çox", deyə Putin qeyd edib.


Oxunma sayı: 5666

Oxşar yazılar