Putin Qarabağa görə minnət qoydu, Qərbə xəbərdarlıq etdi: “Cavabımız sərt olacaq!”

  • 17:14 - 21 Aprel

“Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasında böyük rol oynaydı”.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti zamanı deyib.

Onun sözlərinə görə, Rusiya dövlətlərarası geniş əməkdaşlıq üçün açıqdır.

V.Putin bildirib ki, Rusiya beynəlxalq məsələlərdə BMT-nin vacib rolunu hər zaman dəstəkləyib.
Putinin sözlərinə görə, Moskva regional münaqişələrin həllinə kömək etməyə çalışır.

"Biz Suriyadakı vəziyyəti sabitləşdirmək, Liviyada siyasi dialoq qurmaq üçün çox şey etdik. Rusiya Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmanın dayandırılmasında böyük rol oynadı" – Putin deyib.

Prezident Moskvanın Asiya, Latın Amerikası və əksər Avropa ölkələri ilə əlaqələr qurduğunu əlavə edib.

Onun sözlərinə görə, Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri, MDB və KTMT-dəki müttəfiqləri ilə əməkdaşlığı davamlı olaraq genişləndirir.

Putin COVID-19 pandemiyasından danışaraq deyib ki, payızadək rusiyalılarda xəstəliyə qarşı kütləvi immunitet yaranmalıdır. O, vətəndaşları peyvənd vurdurmağa çağırıb.

Rusiya prezidenti çıxışı zamanı Qərbə xəbərdarlıq da edib. Deyib ki, Qərb düşmənçilik aksiyalarını dayandırmalıdır.

"Rusiya bütün dünya ilə dostluq münasibətləri qurmaq istəyir. Biz heç kimlə körpüləri yandırmaq istəmirik. Amma bizim xoş niyyətimizi zəiflik kimi qəbul edərlərsə, cavabımız assimetrik, sürətli, sərt olacaq! Onlar peşman olacaqlar. 

Ümid edirəm ki, heç kim qırmızı xətti keçməyəcək. Bunun harada baş verəcəyini hər hadisədə biz özümüz müəyyən edəcəyik”.


Oxunma sayı: 3147

Oxşar yazılar