Son dəqiqə : Ərdoğan imzaladı, Türkiyədə iki yeni nazirlik quruldu - ÜÇ YENİ NAZİR TƏYİN EDİLDİ

  • 02:39 - 21 Aprel

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sərəncamla iki yeni nazirlik qurulub.

Avropa.info xəbər verir ki, "Rəsmi Qəzet"də yayınlanan sərəncamla Türkiyədə Ailə və Sosial Xidmətlər Nazirliyi və Əmək və Sosial Müdafiə Nazirliyi təsis olunub. 

Prezident Ərdoğanın daha bir sərəncamı ilə Ticarət naziri Ruhsar Pekcan vəzifəsindən azad edilib. Pekcanın yerinə Mehmet Muş Ticarət naziri təyin olunub. Yeni qurulan Ailə və Sosial Xidmətlər Nazirliyinə Dərya Yanık, Əmək və Sosial Müdafiə Nazirliyinə isə Vedat Bilgin gətirilib.


Oxunma sayı: 14719

Oxşar yazılar