Sarkisyanla Paşinyandan sonra ABŞ-ın Ermənistandakı səfiri də Zəngəzurda peyda oldu... - BÖLGƏDƏ NƏ BAŞ VERİR?

  • 01:23 - 21 Aprel

Ermənistan baş naziri Nikol Paşinyan Zəngəzura gizli səfər edib. 

Avropa.info xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, Nikol Paşinyanla yanaşı ABŞ-ın Ermənistandakı səfiri də Zəngəzurda olub.

"Paşinyan gözlənilmədən Sünikə (Zəngəzur: red) gedib, daha sonra Qafana gələcək. Sünikdə bu səfərlə bağlı öncədən kimsəyə məlumat verilməyib. İnsanlar burada təşviş içindədirlər və fərqli fərziyyələr irəli sürürlər. İddialardan biri Paşinyanın sərhəddə gecə saatlarında görüş keçirməyə hazırlaşmasıdır. Maraqlıdır ki, prezident Armen Sarkisyan da artıq bir neçə gündür Sünikdədir (Zəngəzur: red). 

Dünən isə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Sünikə (Zəngəzur: red) gəlib. Səfir dünən Sisian meri ilə görüşüb. Bölgə sakinləri düşünürlər ki, Ermənistan rəhbərləri ilə ABŞ səfirinin eyni vaxtda bu bölgədə peyda olması adi deyil. Onların bu ərazilərə gözlənilməz səfərlərinin arxasında Ermənistan üçün hansısa arzuolunmaz maraqlar dayanır", - deyə erməni mediası yazır. 

AVROPA.İNFO


Oxunma sayı: 9934

Oxşar yazılar