"Bakının əlində “İsgəndər” raketlərinin Şuşaya atılmasıyla bağlı başqa faktlar da var" - Politoloq "işin içində Rusiya da var" deyir

  • 00:08 - 21 Aprel

"Rusiya Azərbaycana qarşı səmimi davranmırsa strateji tərəfdaş ifadəsi tərəfdaş ifadəsiylə əvəzlənməlidir."

Bunu Avropa.info-ya açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq, Prezident İlham Əliyevin Az TV-yə müsahibəsini dəyərləndirib.

"İlham Əliyevin müsahibəsindən gəldiyim qənaət: 1. Rusiya “İsgəndər” raketlərinə aydınlıq gətirmək istəmir, çünki cinayətini etiraf etməyə həvəsi yoxdur; 2. Kreml Rusiyadakı erməni oliqarxların mülki təyyarələrdə Ermənistana silah daşımasına şərait yaradıb; 3. Rusiya mətbuatı Azərbaycana qarşı təxribatçı mövqedən çıxış edərək “İsgəndər” raketinin qalıqlarının guya Suriyadan gətirilərək Şuşada yerləşdirdiyi yazmaqla ermənilərə “informasiya” dəstəyi verib. 4. Rəsmi Bakının əlində “İsgəndər” raketlərinin Şuşaya atılmasıyla bağlı başqa faktlar da var və işin içində yenə Rusiya var.

İlham Əliyev müsahibəsində bir neçə dəfə Rusiya haqqında strateji tərəfdaş ifadəsi işlətdi, ancaq hər dəfəsində əlavəsini də unutmadı: “Tərəfdaşlar bir-biri ilə səmimi davranmalıdırlar”. Rusiya səmimi davranmırsa strateji tərəfdaş ifadəsi tərəfdaş ifadəsiylə əvəzlənməlidir", deyə politoloq qeyd edib.

AVROPA.İNFO


Oxunma sayı: 7349

Oxşar yazılar