Türkiyə və Yunanıstan bu məsələdə razılığa gəldi

  • 22:50 - 20 Aprel

Türkiyənin Milli Müdafiə Nazirliyi Yunanıstan və Türkiyənin "etimad qurma tədbirləri" üçün görüşlərin dördüncü mərhələsi üçün razılığa gəldiklərini açıqlayıb.

Avropa.info-nun məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib.

"Türkiyə və Yunanıstan Müdafiə nazirlikləri etimad tədbirləri mövzusunda görüşlərin dördüncü mərhələsinin keçirilməsinə dair razılığa gəldilər. Planlaşdırılan görüşün tarixi və digər detalları yaxın gələcəkdə müəyyənləşdiriləcək”,-deyə açıqlamada qeyd olunub.


Oxunma sayı: 3114

Oxşar yazılar