Türkiyə XİN-ə yeni mətbuat katibi təyin edilib

  • 21:05 - 20 Aprel

Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirliyin yeni sözçüsü Tanju Bilgiç təyin edilib.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Tanju Bilgiç 2011-2014-cü illərdə Türkiyənin Sankt-Peterburqda Baş konsulu olub.

 

Xatırladaq ki, Türkiyə XİN-nin keçmiş sözçüsü Hami Aksoy Macarıstanın Türkiyədəki səfiri təyin edilib və aprelin 1-dən bu vəzifəsini icra edir.


Oxunma sayı: 5270

Oxşar yazılar