SON DƏQİQƏ: Rusiyadan Suriyada dəhşətli bombardıman - 200 NƏFƏR ÖLDÜ

  • 01:31 - 20 Aprel

Rusiya hərbi təyyarələri Suriyada Əsəd rejiminə qarşı olan müxalif qrupları bombalayıb. 

Avropa.info xəbər verir ki, bu haqda "Reuters" agentliyi məlumat yayıb. 

Məlumatlara görə, Rusiya qırıcıları Palmiranın şimal-şərqində müxaliflərə aid hərbi bazanı bombalayıb. Bombardıman nəticəsində 200 nəfərin həyatını itirdiyi bildirilir. 

Rusiyanın bombaladığı bazanın yaxınlığında mülki vətəndaşların yaşayış yerlərinin olduğu və ölənlərin arasında mülki şəxslərin də olduğu bildirilir. Bombardımanın ardından bölgədə yanğın çıxdığı qeyd olunur. 


Oxunma sayı: 15093

Oxşar yazılar