Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

  • 19:52 - 19 Aprel

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı məhv edilib.

Bu barədə məlumat Türkiyə Silahlı Qüvvələrinin tvitter səhifəsində yayılıb.

Bildirilib ki, Silahlı Qüvvələr Türkiyə sərhədlərindən kənarda da antiterror əməliyyatını davam etdirir: “Terrorçuların yerləri təsbit olunaraq məhv edilir”.

Məlumata görə, İraqın şimalındakı Metina rayonunda keçirilən son əməliyyat nəticəsində 9 terrorçu zərəsizləşdirilib: “Əməliyyat qətiyyətlə davam edəcək”.


Oxunma sayı: 2498

Oxşar yazılar