Ekspres test hazırlandı - Peyvənddən sonra anticisimləri müəyyənləşdirəcək

  • 16:39 - 19 Aprel

Rusiyanın "Rapid BİO" şirkəti "Avivir" əczaçılıq şirkəti ilə birgə peyvəndləmədən sonra orqanizmdə anticisimlərin müəyyənləşdirilməsi üçün ekspres testi qeydiyyatdan keçirib.

Avropa.info Trend-ə istinadən bildirir ki, həmin testin nəticəsi 15 dəqiqə ərzində məlum olacaq.

Nəticələrin 96 faiz dəqiqliklə açıqlandığı bildirilir.

Qeyd olunur ki, ekspres testin reagentləri "Sputnik V" vaksininə uyğunlaşdırılıb.


Oxunma sayı: 3697

Oxşar yazılar