İran İnqilab Keşikçiləri rəsmən AÇIQLADI : Qasım Süleymaninin müavini Hicazi həyatını itirdi -SƏBƏB

  • 01:34 - 19 Aprel

İran İnqilab Keşikçiləri korpusunun (SEPAH) "Qüds Qüvvələri" komandirinin müavini general Məhəmməd Hicazi dünyasını dəyişib.

Avropa.info xəbər verir ki, bu haqda İran İnqilab Keşikçiləri açıqlama yayıb.

Açıqlamada Hicazinin infarkt nəticəsində öldüyü bildirilib.

Xatırladaq ki, İran İnqilab Keşikçiləri korpusunun "Qüds Qüvvələri" komandiri Qasım Süleymani 2020-ci ilin 3 yanvarında Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldürülmüşdü.


Oxunma sayı: 9538

Oxşar yazılar