Diplomatik qalmaqal: Çexiya səfiri Rusiya XİN-ə çağırıldı

  • 23:39 - 18 Aprel

Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Avropa.info-nun məlumatına görə, bu barədə RİA “Novosti” mənbəyə istinadən xəbər verir.

Bundan əvvəl Rusiya xarici siyasət idarəsi Çexiyanın addımına sərt etiraz edərək müvafiq cavab tədbirləri görəcəyini bəyan etmişdi.

Qeyd edək ki, Çexiya Rusiya səfirliyinin kəşfiyyatçı olan 18 əməkdaşını ərazisindən çıxarır.


Oxunma sayı: 2960

Oxşar yazılar