Cüdoçularımız Avropa çempionatını iki medalla başa vurdu

  • 22:38 - 18 Aprel

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən cüdo üzrə Avropa çempionatında daha bir idmançımız üçüncü yeri tutub.

Avropa.info xəbər verir ki, təmsilçimiz Zelim Kotsoyev (100 kq) üçüncü yer uğrunda görüşdə rusiyalı Niyaz İlyasovu məğlub edərək bürünc medal qazanıb.

Bundan əvvəl 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov da qitə çempionatında üçüncü olub. Beləliklə, komandamız yarışı iki bürünc medalla başa vurub.

Qeyd edək ki, Avropa çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparıb. Yarışda ölkəmizi 9 idmançı təmsil edib.


Oxunma sayı: 5380

Oxşar yazılar