Bakıda yanğın olub, 2 nəfər zəhərlənib

  • 11:53 - 18 Aprel

Bakıda yanğın hadisəsi baş verib.

 Fövqəladə Hallar Nazirliyindən verilən məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu və mebel 0,5 m² sahədə yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxunma sayı: 2201

Oxşar yazılar