Bakı sakinini döyərək pulunu və avtomobilini əlindən alan şəxs tutulub

  • 19:00 - 17 Aprel

Paytaxt sakininə qarşı quldurluq edilib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avropa.info-ya verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə bir şəxsin Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Alıyevi döyərək “KİA” markalı avtomobilini, 350 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini H.Kərimli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3653

Oxşar yazılar