Prezident İlham Əliyevin fikirləri İtaliya mətbuatında – FOTO

  • 11:14 - 17 Aprel

İtaliyanın “İl Giornale”, “Faro di Roma”, “Agenzia Nova” və “MSN Notizie” mətbuat orqanları aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrasdakı fikirləri barədə yazılar dərc edib.

Avropa.info xəbər verir ki, yazılarda 15 ölkədən, o cümlədən İtaliyadan olan beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransın 3 saatdan artıq davam etdiyi vurğulanır.

Bildirilir ki, Azərbaycan Prezidenti tədbirdə iştirak edən italyan araşdırmaçıların suallarını cavablandıraraq qeyd edib ki, “İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır. Mən ötən il İtaliyaya dövlət səfərimi yaxşı xatırlayıram. Bildiyiniz kimi, ondan öncə İtaliyanın Prezidenti cənab Mattarella Azərbaycana dövlət səfərinə gəlmişdi və mənim səfərim strateji dialoqun davamı idi. Biz strateji tərəfdaşlıqla bağlı sənəd imzaladıq. Bu, ikinci belə bir sənəd idi. Birincisi, bir neçə il ondan öncə imzalanmışdı. Bu, bizim qarşılıqlı sadiqliyimizi nümayiş etdirir. Həmçinin biz İtaliyaya münaqişənin həlli ilə bağlı birmənalı və ədalətli yanaşmaya görə minnətdarıq. Biz bilirik ki, bu mövqeyi aydın ifadə etmək o qədər də asan məsələ deyil, xüsusilə də Avropa İttifaqı ailəsində Ermənistanın güclü tərəfdarları var. Onlar hər zaman münaqişə qurbanı ilə işğalçı qüvvələri eyni tərəziyə qoymağa çalışıblar. Yəni, mövqeyiniz bu əməkdaşlığın vacib əlaməti olub”.

Prezident İlham Əliyevin fikirləri İtaliya mətbuatında dərc edilib

Oxunma sayı: 4247

Oxşar yazılar