Dövlət Departamenti: ABŞ Rusiyanın əks tədbirlərinə cavab vermək hüququnu özündə saxlayır

  • 10:54 - 17 Aprel

“Eskalasiya dövrünə daxil olmaq bizim maraqlarımıza uyğun deyil, lakin Rusiyanın ABŞ-a qarşı hər hansı bir cavab tədbirinə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq”.

Avropa.info APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Qeyd edilib ki, Rusiya Federasiyası ABŞ-ın sanksiyalarına cavab olaraq hərəkətə keçəcək, lakin biznesə qarşı tədbirləri "ehtiyatda" saxlayacaq: “Rusiyaya qarşı tətbiq olunan son sanksiyalarımız mütənasibdir və Rusiyanın zərərli fəaliyyətləri ilə şərtlənir. Rusiya hökumətinin son açıqlaması təəssüf doğurur”.


Oxunma sayı: 2971

Oxşar yazılar