“Qarabağ”ın zədələnən qapıçısına 25 tikiş qoyulub

  • 02:26 - 17 Aprel

Azərbaycan Premyer Liqasının XXIII turunda “Səbail”lə səfər matçının 26-cı dəqiqəsində ciddi zədə alan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev dərhal xəstəxanaya aparılıb.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, burun, üz və kəllə nahiyəsindən xəsarət alan qolkiperə 25 tikiş qoyulub.

İlkin müayinədən sonra yığmamızın da şərəfini qoruyan Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb


Oxunma sayı: 8658

Oxşar yazılar