"Ermənistan pis vəziyyətdədir, Azərbaycanla siyasi və iqtisadi münasibətlərin inkişafına ehtiyac var" - Ermənistan prezidenti

  • 01:23 - 17 Aprel

Ermənistan həm Gürcüstanla, həm də Azərbaycanla siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyac duyur. 

Avropa.info erməni mətbuatına  istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan deyib.

Gürcüstan səfəri zamanı çıxış edən Armen Sarkisyan bildirib ki, çətin vəziyyətdə olan Ermənistan nəqliyyat yollarının açılmasında maraqlıdır: 

"Bəzi çətinliklər mövcuddur. Yolların açılmasından əvvəl çoxlu addımlar atılmalıdır. Amma Ermənistanın həm Gürcüstanla, həm də Azərbaycanla daha fəal siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyacı olduğu faktdır".


Oxunma sayı: 13960

Oxşar yazılar