Ukraynaya satılmasından narahat olan Lavrova TÜRKİYƏDƏN PUA CAVABI : "İstəsələr Rusiyaya da "Bayraktar" sata bilərik..."

  • 15:16 - 16 Aprel

Türkiyəni "Bayraktar TB2" PUA-ları sataraq Ukraynanı müharibəyə təşviq etdiyini bildirən Rusiya Xarici İşlər naziri Sergey Lavrova Ankaradan cavav gecikməyib. 

Avropa.info xəbər verir ki, "Türkiye" qəzetinə danışan diplomatik qaynaqlar "Rusiya da PUA almaq istəyərsə, onlara da satarıq" deyib. 

Suriya, Liviya və Qarabağda başarıları ilə dünyanın diqqətini çəkən "Bayraktar TB2" PUA-larının,Ukraynada ehtimal olunan bir savaş zamanı aktiv rol oynayacağından ehtiyatlanan Rusiya açıqlama ilə çıxış etmişdi. Rusiya XİN rəhbəri Lavrov "Türkiyə və digər ölkələri Ukraynanı təşviq etməmə məsələsində xəbərdar edirik" demişdi. Türk diplomatik qaynaqları isə Lavrova cavab olaraq, "Rusiya da PUA almaq istəsə onlara da satarıq" bildirib. 

Yerli və milli müdafiə sənayesi məhsulları almaq istəyən ölkələr arasında ayrıseçkilik etmədiklərini bildirən qaynaq deyib: 

"Oturub danışır, şərtlərdə anlaşa bilərsək satarıq. Digər ölkələr kimi ön şərt qoyan bir ölkə deyilik. PUA-lar Rusiya və başqa bir ölkəyə qarşı deyil. Kim satın almaq istəsə satarıq."

Türkiyə 2019-cu ildə Ukraynaya 6 ədəd "Bayraktar TB2" PUA satıb. Son günlər Rusiya ilə yaşanan gərginlikdən sonra, Ukrayna Donbas səmalarında "Bayraktar TB2" PUA-larını uçurmuşdu.

AVROPA.İNFO


Oxunma sayı: 12783

Oxşar yazılar