Yunan nazir həddini aşaraq Türkiyəni təhdid etməyə çalışdı, ÇAVUŞOĞLU AĞZININ PAYINI VERDİ : "Qaçqınları dənizdə necə batırdığınızı..." (VİDEO)

  • 23:50 - 15 Aprel

Türkiyədə səfərdə olan Yunanıstan Xarici İşlər naziri Nikos Denidas Ankarada Türkiyəli həmikarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı keçirib.

Avropa.info xəbər verir ki, Denidas mətbuat konfransı zamanı diplomatik və etik qaydalardan kənara çıxaraq Türkiyəni ittiham edib.

"Yunanıstan Türkiyənin AB üzvlüyünü dəstəkləyir. Viza sərbəstliyi kimi məsələləri həll etməyə hazırıq. Ancaq pozula bilməyən və bütün ölkələrin ərazi bütövlüyünə hörmət etmək kimi bir qayda var. Türkiyə haqlarımızı, suverenliyimizi pozmağa davam edərsə, gündəmdə olan tədbirləri masaya gətirərik.

Türkiyə və Liviya memorandumu beynəlxalq hüquqa uyğun deyil.

Son illər Türkiyə tərəfindən qaçqın məsələlərindən istifadə edilməsinə qarşıyıq. Ayasofyanı məscidə çevirmək qərarını dəyişdirmənizi istəyirik", deyə Denidas mətbuatın qarşısında deyib.

Çavuşoğlu yunan həmikarının bu nəzakətsizliyinə sərt cavab verib.

"İkili görüşməmizdə başqa sözlər danışıb, mətbuat qarşısında mənə və millətimə ağır ittihamlar irəli sürərsinizsə, mən bunun cavabını vermək məcburiyyətindəyəm. Türkiyəyə yönəlik ittihamlarınız qəbuledilməzdir. Türkiyənin Yunanıstanın suverenlik haqlarını təhdid etməsi sözləri qəbuledilməzdir. Türkiyə öz haqlarını və Kipr türklərinin haqlarını qorumağa borcludur. Biz ölkəmizdə yaşayan rum ortodokslarını qəbul edirik, sizin "mən türkəm" deyən Qərbi Trakya türklərinə, "yox siz türk deyilsiniz, sadəcə müsəlmansınız" deməniz nə insanlığa, nə də beynəlxalq hüquqa uyğundur. Qərbi Trakya azlığı "türkəm" deyirsə, türkdür. Bunu belə qəbul etmək məcburiyyətindəsiniz. Bu haqda Avropa İnsan Haqları məhkəməsinin 3 qərarı var. Lakin siz beynəlxalq hüququ tapdalayaraq, onların türk olma haqlarını tanımırsınız. Türkiyə Şərqi Aralıq dənizində BMT tərəfindən tanınmış sərhədləri içərisində fəaliyyətini davam etdirir. Bu məsələdə Avropa Birliyinin bir söz demə hüququ yoxdur və bu səbəbdən də nə dediyi də bizi maraqlandırmır.

Qaçqınlar məsələsinə gəldikdə isə sizin 80 min qaçqını necə qovduğunuzu və bunların bəzilərinin dənizdə batmalarına səbəb olduğunuzu biz bağlı qapılar arxasında danışdıq. Lakin, indi siz bura media önünə çıxıb ölkənizdəki birilərinə mesaj göndərmək istəyirsiniz. Gərginliyi artırmaq istıyirsinizsə, artıra bilərik. Kömək gözlədiyiniz Avropa Birliyi və digər ölkələrin sizə heç bir faydası olmadığını da görmüş oldunuz", deyə Çavuşoğlu yunan həmikarının cavabını verib.


Oxunma sayı: 12816

Oxşar yazılar