"Bayraktar"lardan qorxanlara BƏD XƏBƏR : ASELSAN-dan yeni PUA - Möhtəşəm özəllikləri (FOTO)

  • 13:57 - 12 Aprel

Türkiyə müdafiə sənayesinin lider şirkətlərindən biri olan ASELSAN, yeni nəsil İnsansız Hava Təyyarələrinin (PUA) patentini alıb.

Avropa.info xəbər verir ki, ASELSAN dizayn etdiyi yeni nəsil İnsansız Hava Təyyarəsi (PUA) üzərində işə başlayıb.

Yeni PUA-nın dörd mühərriki şaquli qalxmanı, arxa mühərrik isə hava uçuşunu təmin edəcək.

Qanadın altına qoyulmuş cihazlar sayəsində həm şaquli qalxma, həm də enmə və qalxma xüsusiyyətlərini icra edə biləcək.

PUA-da ənənəvi daxili yanma sistemi ilə yanaşı elektrik ötürücü sistemi də olacaq.

Yeni PUA-nın qanadın altındakı rotorlar qatlana biləcək. Həmçinin sistemin batareya konfiqurasiyası səssiz uçuş üstünlüyünə malikdir. Qanadları isə qatlana biləcək şəkildə dizayn edilmişdir.

ASELSAN tərəfindən dizayn edilən bu sistemin əsasən dəniz platformaları üçün inkişaf etdirildiyi bildirilir.   

AVROPA.İNFO


Oxunma sayı: 20956

Oxşar yazılar