Bakıdan gələn qohumunu ATƏŞƏ TUTDU

  • 14:57 - 09 Aprel

Neftçala sakini qohumuna atəş açıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən xəbərə görə, hadisə aprelin 8-də rayonun Həsənabad qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Ağayev xuliqanlıq zəminində qohumu, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abasov istiqamətində ov tüfəngindən havaya atəş açıb. Xəsarət alan olmayıb.

Neftçala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Ağayev saxlanılıb və ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb.


Oxunma sayı: 5578

Oxşar yazılar