Türkiyə millisində koronavirusa yoluxanların sayı 12-yə çatdı

  • 21:45 - 01 Aprel

Futbol üzrə Türkiyə millisində koronavirus xəstələrinin sayı 12-yə çatıb.

Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, son olaraq daha 4 oyunçunun analiz nəticəsi müsbət çıxıb.

Adları açıqlanmayan futbolçular Rivadakı Hasan Doğan adına Təlim-Məşq Bazasında karantinə alınıb.

Daha əvvəl İrfancan Kahveci, Nazım Sanqare, Merih Demiral, Zeki Çelik, Cenk Tosun, Kaan Ayhan, Dorukhan Toköz və Emre Kılınç virusa yoluxduqları üçün heyətdən çıxarılıblar.

Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Şenol Güneş DÇ-2022-nin seçmə mərhələsində Niderland, Norveç və Latviya ilə oyunlar üçün ümumilikdə 32 futbolçuya dəvət göndərmişdi.(report) 


Oxunma sayı: 5215

Oxşar yazılar