Ərdoğanın seçim vədi : Əzəmətli Millət Kitabxanası - 4 milyon kitab, 120 milyon elektronik kitab, 550 min e-kitab, orjinal nüsxələr... (FOTOLAR)

  • 18:14 - 23 Fevral

Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və Nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bu ölkədə işgüzar səfərdə olan azərbaycanlı jurnalistlər Anakarada Prezident Külliyyəsində yerləşən "Cümhurbaşqanlığı Millət Kitabxanası"nı ziyarət ediblər. 

Avropa.info xəbər verir ki, 12 mərtəbəli bu möhtəşəm kitabxana Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçim vədi idi. 

2016-cı ildə inşası başlanılan kitabxana 2020-ci ilin 20 fevralında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan prezidenti Şövkət Mirzəyev, MHP lideri Dövlət Baxçəli və digər rəsmilərin iştirakı ilə açılıb. 125 min kvadratmetr əraziyə sahib olan möhtəşəm kitabxana eyni anda 5 min oxucu qəbul edə bilir. Səlçuklu, Osmanlı və müasir türk memarlığının birləşməsi əsasında tikilən kitabxanada 4 milyon kitab, 120 milyondan çox elektronik kitab, 550 min e-kitab və nadir əsərlər mövcuddur. Ən maraqlısı isə bu kitabların çoxu orjinal nüsxələrdir.

Kitabxananın birinci mərtəbəsində "Milli Mücadilə Sərgisi" mövcuddur. Burada Milli Mücadilə dövrünün tarixi sənədlərin orjinalı mövcuddur. Həmçinin, Türkiyə Böyük Millət Məclisinin binasından asılan ilk bayraq da burada saxlanılır. 

Millət Kitabxanası Türkiyənin ən böyük kitabxanası olma özəlliyi ilə yanaşı həm kolleksiya, həm də xidmətlər baxımından dünyanın ən seçilmiş kitabxanalarından sayılır. Kitabxananın qübbəsində Qurani Kərimin Əl-Əlaq surəsinin 4 və 5-ci ayələri həkk olunub.

Açıklama yok.

Kitabxanda oxucular üçün çay, qəhvə və keks də ikram edilir.

Kitabxana orjinal bir üslübda inşa edilib. Kitabxanada 16 sütün var ki, bunun da özünəməxsus mənası var. Belə ki, bu sütünlar 16 türk dövlətini olduğunu əks etdirir. Bu kitabxanada dünyanın istənilən ölkəsindən gələn turistlər görə bilərsiziniz. 

Kitabxananı ziyarət edən azərbaycanlı jurnalistlər də bu möhtəşəm sənət əsərinə heyranlıqla tamaşa ediblər. Kitabxananı gəzən jurnalistlərə buranın iş prinsipi, oxucuları, həmçinin kitab fondu haqqında məlumat verilib.

Avropa.info, Ruslan Bəşirli

Bakı-İstanbul-Ankara

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Oxunma sayı: 7052

Oxşar yazılar