Son dəqiqə : MİT PKK terror təşkilatının "kəşfiyyat rəhbəri"ni Sincarda paketləyib Türkiyəyə gətirdi - "Laşer" kod adlı terrorçu kimdir?

  • 18:08 - 10 Fevral

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın Sincar əyalətində həyata keçirdiyi əməliyyat nəticəsində terror təşkilatı PKK/YPG-nin "kəşfiyyat rəhbəri"   "Laşer" kod adlı terrorçu İbrahim Parımı həbs edərək  Türkiyəyə gətirib.

Avropa.info xəbər verir ki, Sincarda yaxalanan Parım Türkiyəyə gətirilib. 

Türkiyə mediasının yazdığına görə, İbrahim Parım Terrorla Mübarizə İdarəsinin istintaqçıları tərəfindən sorğu-sual edilir.  

Image result for " Laşer" kod adlı terörist İbrahim Parım


Terrorçunun 2014-cü ildə  Kobanidə baş verən döyüşlər zamanı Türkiyəni qarışdırmaq üçün Vanda küçə döyüşləri təşkil etməyə cəhd göstərdiyi, 2015-ci ildə PKK-nın "lider kadrosuna" qatıldığı bildirilir. 

Avropa.info


Oxunma sayı: 9241

Oxşar yazılar