İranı şok edəcək gizli səs yazısı yayıldı - XİN rəhbəri Cavad Zərif deyir : "Sərnişin təyyarəsini vurduğumuz əsla ifşa edilməməlidir..."

  • 12:17 - 10 Fevral

Kanadanın rəsmi media orqanı CBC, 8 yanvar 2020-ci il tarixində İran İnqilab Keşikçiləri Korpusu tərəfindən Ukrayna Hava Yollarının 752 saylı təyyarəsinin vurulmasına aid olduğu iddia edilən səs yazısı yayıb.

Avropa.info xəbər verir ki, CBC səs yazısının Kanada xüsusi xidmət orqanlarının əlində olduğu və səs yazısında danışan şəxsin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə aid olduğunu bildirib. 

CBC-nın yaydığı məlumata görə, səs yazısında Cavad Zərif ilk öncə təyyarənin qəza nəticəsində vurulduğunu, daha sonra isə sərnişin təyyarəsində "cəsusların" olduğunu və bilərəkdən vurulduğunu deyir. 

Image result for Cavad Zərif

Səs yazısında Cavad Zərif olduğu iddia edilən şəxs belə deyir: "Təyyarəni bilərəkdən vursaq belə bu kimsəyə söylənməməlidir. Təyyarədə olanlar cəsus da ola bilərdi. Minlərcə səbəblərimiz var. Bəlkə də həqiqətən müharibə səbəbindən və ya radarlarda yaşanan problemlər səbəbindən vurulub. Həqiqət əsla ifşa edilməməlidir. Rusiya Malaziya Hava Yollarına aid təyyarəni 2014-cü ildə vurdu, lakin heç bir zaman etiraf etmədi. Məsələni bağlamaq üçün ölənlərin ailələrinə təzminat ödəyə bilərik." 

CBS səs yazısının təyyarənin vurulmasından bir neçə ay sonra gercəkləşdiyini bildirib.   

Avropa.info


Oxunma sayı: 10583

Oxşar yazılar