Rusiyadan Ermənistana hədə: "Ağlını başına yığ!"

  • 13:17 - 10 Fevral

Ermənistanın Hollandiyadakı səfiri Tiqran Balayanın "Elseveir Weekblad" həftəliyinə verdiyi müsahibəsində bloqer və siyasətçi Aleksey Navalnının zəhərlənməsindən sonra Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalara müsbət yanaşması rəsmi Moskvanı qeyzləndirib.

Avropa.info xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi bu açıqlama ilə bağlı bəyanat yaymasa da, Smolensk meydanındakı binalar kompleksinin dəhlizlərində İrəvanın bu demarşının cavabsız qalmayacağı vurğulanır.

Rusiyalı hərbi ekspertlər də eyni fikirdədir.

"Komsomolskaya pravda" qəzetinin hərbi şərhçisi, ehtiyatda olan polkovnik Viktor Baranetsin dediyinə görə, Ermənistanda Rusiya əleyhinə mövqelərin güclənməsi çox ağır vəziyyətdə olan bu ölkəni Rusiyanın dəstəyindən və yardımlarından məhrum edə bilər.

"MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya ilə müttəfiq olsa da, Ermənistan bu yaxınlarda rəsmi şəkildə bəyan etmişdi ki, bizdən silah, sursat və hərbi texnika alışlarını azalda bilər. Budur bizim daim müdafiə və yardım etdiyimiz müttəfiq?! Müttəfiq belə olur?!" - Baranets "Komsomolskaya Pravda" radiosunun efirindəki "Hərbi revyu" proqramında söyləyib.

V.Baranetsin fikrincə, səfir Tiqran Balayan Ermənistan rəhbərliyinin mövqelərini əks etdirir: "Moskva yaranmış vəziyyətdən gərəkli nəticələr çıxarmalı, gərəkərsə Ermənistanla müttəfiqlik öhdəliklərindən imtina etməli və Ermənistan ərazisindən hərbi bazasını çıxarmalıdır. Bu baza çıxarılarsa, Ermənistanı nələr, hansı təhdidlər və çağırışlar gözləyəcək - qoy, ermənilər düşünsün. Ola bilsin bu açıqlamam Rusiyanın dövlət qurumlarının xoşlarına gəlməsin və məni cəzalandırsınlar. Amma erməni səfirin dediyi çox ciddi siqnaldır. Fikirləşməliyik"

Digər tanınmış hərbi ekspert Mixail Timoşenko isə bildirib ki, 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsində Ermənistan rəhbərliyi ilə cəmiyyəti Rusiyanı savaşa birbaşa cəlb etməyə çalışıblar: "Onların məqsədi rus əsgərlərinin Qarabağda döyüşməsi idi. Anlamıram, Rusiya niyə belə etməli idi ki?! Ermənistan vuruşmaq istəmirsə və bacarmırsa, biz bu ölkənin yerinə əsgərlərimizi döyüşə yollamalıydıq?! Belə müttəfiqlik olmur, çünki ermənilər daim bizdən sui-istifadə etməyə can atırlar".

Hərbi ekspert Vladislav Şurıqin hesab edir ki, Ermənistanla münasibətlərə yenidən baxmağın və zəruri təftişin zamanı çatıb.

"Ermənistanın baş naziri Nikol Paşinyan bütün bəyanatlarına və Rusiyaya meylli açıqlamalarına rəğmən, Qərbin adamı, Qərbin kreaturasıdır. Mən ona əsla inanmıram. Paşinyanın hakimiyyəti tərk etməsinə az qalıb. Ermənistanın yeni rəhbərliyi isə daha adekvat, düşünülmüş siyasət yürütməlidir. Moskva İrəvana artıq açıq şəkildə deməlidir: "Ağlını başına yığ, kobud səhvlərini təkrarlama". Bunu kim deyəcək, nə formada deyəcək - ayrı məsələdir", - V.Şurıqin söyləyib.

Milli.az


Oxunma sayı: 3829

Oxşar yazılar