"Ermənilər uzun illər Xudavəngi erməni kilsəsi kimi təqdim etsələr də, bu Alban monastırıdır" - "Nezavisimaya gazeta" erməniləşdirilmiş Alban kilsələri və dağıdılmış məscidlər haqda

  • 16:54 - 21 Yanvar

"6-7 yanvar gecələrində Azərbaycanın Alban-Udin icmasının nümayəndələri bu yaxınlara qədər işğalda olan Qarabaödakı qədim bir məbəddə ibadət etdilər. Cəmiyyətin rəsmi saytı Kəlbəcərdəki qədim Alban monastırı olan Xudavəngdə uzun illərdən sonra ibadət edildiyi haqda məlumat yayıb. Bu, Azərbaycanın Kəlbəcər bölgəsinin işğaldan qurtulduqdan sonra qədim monastıra üçüncü ziyarət idi. İlk ziyarət 4 dekabrda, digəri 30 dekabrda baş verib."

Avropa.info xəbər verir ki, bu haqda Rusiyanın "Nezavisimaya gazeta" qəzetinin dərc etdiyi yazıda bildirilir. 

Qəzet yazır ki, udin xalqı qədim Qafqaz Albaniyası dövlətindən xristianlığı miras alan yeganə xalqdır. 

"Xudavəng monastır kompleksi, VI-VII əsrlərdə Qafqazdakı Alban xristianlığı dövrünün bir abidəsidir. Uzun illər ermənilər tərəfindən bütün dünyaya qədim bir erməni kilsəsi kimi təqdim edilib. Qədim Qafqaz Albaniyasının sakinlərinin nəslindən olan udinlərin gəldiyi monastırın yerləşdiyi Kəlbəcər rayonu 2020-ci ilin dekabr ayının əvvəllərində erməni silahlı birləşmələri tərəfindən boşaldıldı. Bölgə Bakının nəzarətinə keçdi. Lakin, Xudavəng hələlik rus sülhməramlıları tərəfindən qorunur. Rus sülhməramlılarının qərərgah rəisi Dmitri Perepelkin 15 yanvarda keçirdiyi mətbuat konfransında milad tətili zamanı həm Azərbaycandan, həm də Ermənistandan xristianların ibadət üçün Xudavəngə gəldiklərini dedi", deyə qəzetin yazısında bildirilir.

"Nezavisimaya gazeta" yazır ki, yanvarın 15-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev buradakı xristian məbədini ziyarət edib.

карабах, кавказская албания, дадиванк, азербайджан, армения, рождество

Qəzet, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müavini Gündüz İsmayılovun fikirlərinə də yer verib.

""Kəlbəcərdəki Xudavəng məbədi, Laçındakı Ağaoğlan məbədi, Ağdərədəki Qandzasar ibadətgahı və Xocavənd bölgəsindəki Amasar kilsəsi də daxil olmaqla işğal altındakı 128 alban məbədinin demək olar ki hamısında erməniləşdirmə siyasəti aparılıb. Ermənistan Azərbaycanın tarixi, dini və mədəni abidələri ilə bağlı dağıdıcı bir siyasət yürütdü", deyə Gündüz AzTV-dəki verilişlərdən birində deyib", deyə qəzet yazır. 

"Nezavisimaya gazeta" yazır ki, rəsmi Bakı eyni zamanda ermənilərin otuz il ərzində Qarabağdakı müsəlman abidələrinə vurduğu zərəri də dünyaya təqdim edir. 

Məşhur fotoqraf: Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş  məscidlər gördüm - FOTO

Erməni vandalizminin yandırdığı müsəlman məscidi

"Prezident Əliyev İslam dünyasını prosesə cəlb edib. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ""Ermənistan tərəfindən Qarabağda dağıdılmış tarixi, mədəni və dini irs abidələrinin" yenidən qurulması üçün texniki missiya göndərəcək ",dedi təşkilatın baş direktoru Səlim bin Məhəmməd əl-Malik", deyə Rusiya qəzeti yazıb.

Avropa.info


Oxunma sayı: 26808

Oxşar yazılar