Türkiyə Diyanət Vakfı Azərbaycana 6 TIR yardım göndərdi : "Qarabağda məscidlər təmir ediləcək" (FOTOLAR)

  • 22:45 - 02 Dekabr

Türkiyə Diyanət Vakfı Azərbaycana 6 TIR yardım göndərib. 

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, qida, oyuncaq və tibbi ləvazimatlardan ibarət olan yardım, Ahmed Hamdi Akseki məscidində keçirilən törənlə Azərbaycana yola salınıb.
 
Toplantıda iştirak edən Diyanət İşləri başqanı Ali Erbaş, Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu deyib. 
 
"Bu yardımı qardaşlarımıza bir hədiyyə olaraq göndəririk. Qazanılan zəfərdə qardaşlarımızın sevincinə ortaq olmaq istəyirik. Qardaş çətin gündə çağırılmadan gələndir. Türkiyədən sadəcə yardım deyil, 84 milyonun sevgisini və məhəbbətini də göndəririk. Qarabağda məscidlər təmir ediləcək və İnşallah Qarabağın hər qarış torpağında qiyamətə qədər azanlar yüksələcək, Azərbaycan bayrağı dalğalanacaqdır", deyə Ali Erbaş çıxışında qeyd edib.  


Oxunma sayı: 10209

Oxşar yazılar