Fransa Senatının Qarabağ qətnaməsi daha çox Türkiyəyə qarşıdır və hüquqi əsası yoxdur – Rusiyalı senator Kosaçev

  • 15:31 - 26 Noyabr

Fransa Senatının Dağlıq Qarabağ ilə bağlı qətnaməsi əsasən Paris və Ankaranın fikir ayrılıqlarından qaynaqlanır,  qətnamə Fransa hökuməti üçün tövsiyə olaraq qalacaq.

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev deyib.

"Nə qədər paradoksal görünsə də, Fransa Senatının qərarının nəinki Dağlıq Qarabağ, həm də Türkiyə ilə bağlı olduğunu dünürəm" - Kosaçev bildirib.

Onun sözlərinə görə, son həftələr ərzində Fransa-Türkiyə münasibətləri bir sıra səbəblərdən, o cümlədən faciəvi hallar üzündən demək olar ki, sıfır səviyyəsinə düşmüş, iş yüksək səviyyədə təhqiramiz ifadələr mübadiləsinə gedib çıxmışdır.

"Eyni zamanda, Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olmaqla yanaşı Dağlıq Qarabağla bağlı açıq-aşkar Azərbaycanın tərəfində olduğu məlumdur. Və bu vəziyyətdə Fransa cəmiyyətində ənənəvi erməniyönlü rəğbət hissləri fransalı siyasətçilərin beynəlxalq aləmdə Türkiyəyə qarşı yığılıb qalmış qıcığı ilə üst-üstə düşmüş oldu" - senator hesab edir.

Kosaçevin fikrincə, Senatın yekdilliklə tutduğu mövqe Fransanın da siyasətdə kəskin addımlara hazır olduğunu nümayiş etdirməkdir, lakin göstərişdən uzağa getmir. 


Oxunma sayı: 4533

Oxşar yazılar