“Bu sənədlə minlərlə erməni əsgərini mühasirəyə düşmək fəlakətindən qurtardıq” – Paşinyan

  • 12:37 - 11 Noyabr

Azərbaycan hərbçiləri tərəfindən azad edilən Şuşanı ermənilər iki dəfə geri qaytarmağa çalışıblar.

Avropa.info xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Onlardan biri uğursuzluğa uğrayıb, ikinci dəfə erməni dəstəsi şəhərə daxil ola bilib və Şuşaya nəzarət haqqında səslənən fərqli fikirlər bu dəstənin fəaliyyəti ilə bağlı olub" - o, deyib.

Paşinyan deyib ki, noyabrın 10-nə keçən gecə bağlanmış saziş erməniləri Qarabağda fəlakətdən qorumağa imkan verib.

"Bu sənədlə hərbi və digər qiymətləndirmələrə görə, biz saxlaya bilməyəcəyimiz yerləri verdik. Xankəndinin müdafiəsiz qaldığı bir vəziyyətdə hərbi əməliyyatları davam etdirərkən Xankəndini, Xocavəndi, Əsgəranı itirmək üçün böyük ehtimal var idi, bundan sonra müdafiə rayonları və minlərlə əsgər mühasirəyə alınacaqdı. Nəticədə tam fəlakət baş verərdi" -  o, “Facebook”dakı video mesajında bildirib.

Paşinyan əlavə edib ki, Ermənistan Silahlı Qüvvələrinin baş qərargahı resurslarla bağlı problemlər barədə məlumat verib və siyasi rəhbərlik bu fikri bölüşüb.


Oxunma sayı: 3334

Oxşar yazılar