“Bu Azərbaycan üçün böyük uğurdur, zəfərdir ” – Çavuşoğludan Azərbaycan açıqlaması

  • 17:23 - 10 Noyabr

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan xarici işlər naziri Ruslan Kazakabayev ilə görüşdən sonra mətbuatın suallarına cavab verib.

Avropa.info xəbər verir ki, Çavuşoğlu Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sənəd haqda verilən bu suala belə cavab verib:

“Hər dəfə Azərbaycan atəşkəs tərəfdarı və problemin siyasi yolla həll olunmasının tərəfdarı olduğunu göstərdi. Amma hər dəfə atəşkəsi pozan Ermənistan oldu. Yəni müharibə istəyən və münaqişələrin davamını istəyən Ermənistandır. Ermənistan da bunun əvəzini ağır ödəyəcək. Güclü Azərbaycan Ordusu işğal edilmiş torpaqlarını işğalçı Ermənistanın əlindən bir-bir aldı. Nəhayət Paşinyan və Ermənistan təslim olmağa məcbur qaldı.

İndi atəşkəsə necə nəzarət olunması, tənzimlənməsi məsələsi var. Bu məsələlərlə bağlı danışıqlarımız ayrıca davam edir” – Çavuşoğlu deyib.

Türkiyənin həm masada, həm döyüş meydanında qardaş Azərbaycanın yanında olduğunu qeyd edən Çavuşoğlu bu sözləri deyib:

“Bundan sonrakı prosesdə də qardaş Azərbaycanın yanında olacağıq. Bu Azərbaycan üçün böyük uğurdur, zəfərdir. 30 ildir işğal olunan torpaqlar geri alınır. 7 rayon işğal altında idi, üstəlik Dağlıq Qarabağ. İndi meydanda qazanılan uğurlar nəticəsində 7 rayonun hamısı qısa müddət ərzində Azərbaycana veriləcək. Həm işğalçısan, həm təcavüzkar. Bunun əvəzini ödətdirərlər”.

Türkiyəli nazir bu proses ərzində Türkiyə xalqının Azərbaycana ən güclü formada dəstək verdiyini qeyd edib:

“Bundan sonra prosesi hamımı birlikdə aparacağıq. Xeyirli olsun və bu bir dərs olsun. İnşallah meydanda və masadakı işlərlə bərabər digər prosesləri də birgə izləyəcəyik, məlumatları sizlərə verəcəyik”.


Oxunma sayı: 3477

Oxşar yazılar