“Sülhməramlıların Qarabağda yerləşdirilməsi planı oktyabrın 10-da hazırlanmışdı” – Mariya Zaxarova

  • 16:46 - 10 Noyabr

Rusiya sülhməramlılarının Dağlıq Qarabağa göndərilməsi beynəlxalq hüquq çərçivəsində və Rusiya Federasiyası Şurasının 30 sentyabr 2015-ci il tarixli qərarı əsasında həyata keçirilib.

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.

"Bizdə sənəd var - bu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının 355 saylı 2015-ci il 30 sentyabr tarixli qərarıdır. Birinci bənd: Rusiya Federasiyası Prezidentinə Rusiya Federasiyası ərazisindən kənarda Rusiya Federasiyası Silahlı Qüvvələrindən beynəlxalq hüququn ümumi tanınmış prinsipləri və normaları əsasında istifadə etməyə razılıq vermək ", - Zaxarova RTVI telekanalının efirində bildirib.

O vurğulayıb ki, Rusiya sülhməramlılarının göndərilməsi üçün əsas cəhət tərəflərin razılığıdır. Onun sözlərinə görə, sülhməramlıların Qarabağda yerləşdirilməsi oktyabrın 10-dən etibarən işlənib.


Oxunma sayı: 3818

Oxşar yazılar