Paşinyan əleyhdarları Baqramyan prospektini bağladı – Parlament qarşısında etiraz aksiyası keçirilir

  • 15:35 - 10 Noyabr

Ermənistan paytaxtında məğlubiyyət müqaviləsinə etiraz edən ermənilər Baqramyan prospektini bağlayaraq, parlament binasının həyətinə toplaşıblar.

Avropa.info xəbər verir ki, parlament binasının yaxınlığında etiraz aksiyası keçirən xeyli şəxs var. Hadisə yerində çoxsaylı polis qüvvələri gətirilib.

Ermənilər iri ərazi güzəştlərinin nəzərdə tutulduğu sənədin etibarsız sayılmasını tələb edirlər.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan gecə yarısı Ermənistanın müharibədə məğlubiyyətini təsdiqləyən sənəd imzaladıqdan sonra respublikada etiraz aksiyaları baş verib.

Qeyd edək ki, gecə nümayişçilər hökumət və parlament binalarına girmişdilər.


Oxunma sayı: 3444

Oxşar yazılar