“Rusiya sülhməramlılarının yeridilməsi münaqişənin yekun həlli üçündür” – Dumanın deputatı

  • 13:11 - 10 Noyabr

Dağlıq Qarabağda atəşkəs sazişinin imzalanması və Rusiya sülhməramlılarının yeridilməsi münaqişənin yekun həllinə kömək edəcək.

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski deyib. 

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı saziş imzalaması və Rusiya sülhməramlılarının yeridilməsi əminəm ki, Ermənistan-Azərbaycan qarşıdurmasının yekun həllinə kömək edəcək", - Slutski jurnalistlərə bildirib.

Komitənin rəhbəri qeyd edib ki, Rusiya postsovet məkanında ən qanlı münaqişələrdən birinin həllində yenidən səmərəli vasitəçi kimi çıxış edir.

"Ümid var ki, nəhayət Dağlıq Qarabağa sülh gələcək", - deyə Slutski əlavə edib.

Deputat problemin hərbi həllinin olmadığını, əsas vəzifənin insanların ölməsini dayandırmaq və diplomatik həll yollarının axtarışını davam etdirmək olduğunu vurğulayıb:

"Biz öz parlament müstəvisimizdə Dağlıq Qarabağ ətrafındakı vəziyyətin son sabitləşməsi üçün də bütün zəruri vasitəçilik səylərini davam etdirməyə hazırıq", - deyə deputat qeyd edib.


Oxunma sayı: 3774

Oxşar yazılar